Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

  • By admin
  • 19 Yanvar 2023 12:40

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

Gununsesi.info