Gəncədə moped qəzaya düşdü - Xəsarət alan var

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2025 13:17

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info -nun məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.

Hərəktədə olan minik maşını ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü N.Məhərrəmov  xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info