Gəncədə polislər qəzaya düşdü: ölən və yaralanan var

  • By admin
  • 24 Noyabr 2021 09:25

Gəncə şəhərində polislər yol qəzasına düşüblər.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin M.Bağırov küçəsində baş verib.

Qəza nəticəsində polis baş çavuşu Renat Əliyev dünyasını dəyişib.

Xəsarət alan digər polis əməkdaşı xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın təfərrüatı dəqiqləşdirilir.

Gununsesi.info