Gəncənin yollarını viran qoyduğu üçün “Azərsu” gəncəlilərə hesabat verməlidirr - DEPUTAT TƏLƏB EDİR

  • By admin
  • 12 Fevral 2021 19:40

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Naqif Həmzəyev təmsil etdiyi Gəncənin mühüm problemlərindən birinə diqqəti çəkib.

Çıxışında “Azərsu”nun fəaliyyətini tənqid edən millət vəkilinin sözlərinə görə, şəhərin su-kanalzasiya sisteminin yenidən qurulması adı ilə küçələr dağıdılısa da proses dayanıb: “Hesab edirəm ki, “Azərsu” bu məsələ barədə gəncəlilərə hesabat verməlidir. 10 ilir ki, layihə həyata keçirirlər. Amma bu 10 ildə layihə tamamlanmır. Gəncənin infrastrkturuna ciddi ziyan vurulub. Təəssüflər olsun ki, Nizami ilində onun adını daşıyan prospekt bərbad durumdadır. Bir yolu bir neçə dəfə qazırlar”.

Deputat çıxışında, həmçinin, Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edib.

Gununsesi.info Naqif Həmzəyevin bu və ya digər məsələlərlə bağlı çıxışını təqdim edir: