Güclü külək əsəcək, dolu düşəcək – Sabahın HAVASI

  • By admin
  • 26 Aprel 2021 13:22

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gununsesi.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Aprelin 27-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 27-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.