Güclü külək Sumqayıt-Bakı qatarlarının hərəkətində LƏNGİMƏLƏR YARATDI

  • By admin
  • 16 Noyabr 2021 09:11

Hava şəraiti ilə əlaqədar Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimələr olub.

Gununsesi.info xəbər verir ki, 07:45-də Sumqayıtdan yola düşən qatar 08:25-də Bakı Dəmiryol Vağzalına çatmalı idi.

Yağış və külək səbəbindən qatar 14 dəqiqə gecikib.

Bu problem digər elektrik qatarlarının intervalına da təsir edib.

Gununsesi.info