Güləşçimiz dünya çempionu oldu

  • By admin
  • 28 İyul 2022 21:24

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

Gununsesi.info xəbər verir ki, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə qazaxıstanlı Arina Abdullinaya “tuşe” ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Gununsesi.info