Güllələnənlərdən biri tələbədir -Video

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.

Gununsesi.info xəbər verir ki, güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.

Universitetdən məlumatı saytımıza təsdiq ediblər.

Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi çölə çıxıblar: “Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir”.

 

 

 

Şəbnəm

Gununsesi.info