“Dəyərli oxucular, Gültəkin Hacıbəylinin Azərbaycana gətirilməsi barədə xəbəri sırağa günü axşam saatlarında almışdıq.
Bizə bu xəbər daxil olanda gecə saatları idi və onun hava limanında deportasiya məntəqəsində olduğu deyilirdi.
Düşündük ki, 3-4 saata ölkədə olacaq. Ona görə xəbəri planlamaya qoyub yayımladıq.
İndi bəlli oldu ki, Türkiyə tərəfi Gültəkin Hacıbəylini Azərbaycana verməyə tələsmir.
Ona görə də onun Bakıya gətirilməsi barədə xəbəri sildik”.
Pərviz Həşimli
Gununsesi.info Xəbər Saytının baş redaktoru













