Gürcüstanı sevincə qərq edən hadisə - NAZİRLƏR DƏ GÖZ YAŞI AXITDI

  • By admin
  • 27 Mart 2024 09:41

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb.

Gürcüstan – Yunanıstan – 0:0 (Penaltilər – 4:2)

Qələbə bütün Gürcüstanda böyük sevincə səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Gürcüstan hökumətinin təmsilçiləri sadə insanlarla birlikdə sevinc  göz yaşlarını saxlaya bilməyib.

Xalqın arasına girən yeni baş nazir İrakli Kobaxidze də insanları qucaqlamaqla sevincini ifadə edib. 

Gununsesi.info