Tblisidə parklanma qiymətləri - ARAŞDIRMA

  • By admin
  • 27 Mart 2024 10:05

Paytaxt küçələrində avtomobullərin parklanması üçün müəyyən olunan tariflər sürücülər arasında ciddi narazılığa səbəb olub.

Bu proses Nazirlər Kabineti tərəfindən həyata keçirilsə də ancaq Azərbaycan Dəmir Yollarının rəhbərliyi vağzal ətrafında istədiyi qiyməti müəyyən edib. 

Sosial şəbəkələrdə və mediada yayılan qiymət cədvəlində vağzal ətrafında 3 saat avtomobil parklamağın qiymətinin 10 manat olmasından bəhs edilir və buna görə də hokumətə ağır ittihamlar səsləndirilir.

Bəs görəsən, Azərbaycandan fərqli olaraq nefti, qazı olmayan qonşu Gürcüstanın paytaxtı Tblisidə parklanma qiymətləri neçədir? 

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Tblisidə maşın parklamaq Bakıdan dəfələrlə ucuz başa gəlir.

Məlumat üçün qeyd edək ki, Tblisidə parklanma  qiymətləri aşağıdakı kimidir : 1 həftə – 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); – 2 manat 50 qəpik 6 ay – 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik 1 il – 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər). 31 manat 34 qəpik  təşkil edir.

Tblisinin istənilən yerində isə 1 saatlıq parklanma cəmi 1 lari  (62 qəpik) təşkil edir.

Bakıdan fərqli olaraq, bu şəhərdə zona fərqi yoxdur.

Hazırda Tblisidə yaşayan jurnalist Xanlar Mehdiyev isə sosial şəbəkə hesabında hava limanındakı parklanmanın qiymət cədvəlini paylaşıb.

Jurnalist yazır:

0-3 saat = 5 lari – 3 manat 14 qəpik
3-6 saat = 7 lari – 4 manat 39 qəpik
6-12 saat =10 lari – 6 manat 28 qəpik
24 saat =15 lari – 9 manat 42 qəpik
Bu arada sərnişin gətirən və götürən istenilən şəxs avtomobillə gəlir , gözləyir və gedir. Bunun üçün ödəniş ödəmir. Dəqiqə məsələsi də yoxdur.

Afət Abbasova

Gununsesi.info