Gürcüstanın baş naziri koronavirusa yoluxub

  • By admin
  • 02 Noyabr 2020 20:58

Gürcüstanın baş naziri Giorgi Qaxarianın koronavirusla bağlı testi pozitiv nəticələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.

Qeyd edək ki, baş nazir ötən gündən özünütəcrid rejiminə keçib.

 

 

Gununsesi.info