Həyat yoldaşı anım günündə Tünzalədən yazdı: “Sənə qovuşmaq üçün…”

Bu gün Əməkdar artist Tünzalə Əliyevanın anım günüdür.

Gununsesi.info xəbər verir ki, həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Tez-tez sosial şəbəkə hesablarında “Toppuş bacı” ilə bağlı xatirələrini bölüşən Röyal yazır:

“Bu günü dünən kimi xatırlayıram. Bu gün sənsiz qalmağımın 365-ci günüdür. Saat 11-də ürəyi dayandı. Bəzən düşünürəm ki, bəlkə də Tünüş düşünür ki, görəsən Röyal məni unudub? Bir dəfə şansım olsa idi ona deyədim ki, sənə qovuşmaq üçün günləri sayıram. Bir gün belə yadımnan çıxmırsan və qiyamətə qədər sənə xəyanət etməyəcəyəm. Sənin üçün çox darıxıram və hər gün ölürəm”.

Xatırladaq ki, Əməkdar artist Tünzalə Əliyeva ötən il yanvar ayının 22-də uzun sürən xərçəng xəstəliyindən sonra 49 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

 

Gununsesi.info