Həbsdəki sabiq icra başçısına hökm oxundu

  • By admin
  • 18 Mart 2022 19:54

2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra Biləsuvarın icra başçısı olmuş, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mahir Quliyev 11 il azadlıqdan məhrum edilib.
Gununsesi.info-nun xəbərinə görə, sabiq başçının vəkili  bildirib ki, keçmiş icra başçısı mənimsəmə və cinayət işində yazılan digər ittihamları qəbul etmir. O, Biləsuvar Rayon İcra Hakimiyyətindəki özbaşınalığa görə özünü günahkar sayır.

Amma vəzifə səlahiyyətlərindən sui-istifadə edib büdcə vəsaitlərini mənimsəmə, rüşvət alma ilə bağlı ittihamlarla qətiyyən razılaşmır.

Müdafiəçi xatırladıb ki, Mahir Quliyev vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə, şərəflə işlədiyinə görə Prezident İlham Əliyev onu 2018-ci ilin noyabrında “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Gununsesi.info