HƏMAS İsrailə qarşı savaş çağırışı etdi

  • By admin
  • 26 Sentyabr 2021 16:29

HƏMAS qruplaşması İordan çayının Qərb sahilində İsrail ordusuna qarşı mübarizə çağırışı edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhum deyib.

“Qərb sahilində əlinə silah götürə bilən hər kəs onu düşmən İsrail əsgərinə tuşlamalıdır”, – Barhum bildirib.

Qeyd edək ki, bu gün İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində 5 fələstinli öldürülüb.

Gununsesi.info