Hər şey Putinin əlindədir - Nə qədər tez etiraf etsə...

Putin uğur qazana bilmədi, odur ki, müharibəni bitirməlidir.

Gununsesi.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Rusiyanın işğalının ildönümünə həsr olunmuş müraciətində lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyinə söz verib və Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.

“Bir ildir ki, Rusiya Ukraynada amansız işğalçılıq müharibəsi aparır… Bizi həqiqətən heyrətləndirən azadlıq uğrunda mübarizə aparan ukraynalıların qətiyyəti və cəsarətidir. Almaniya bu işdə onları dəstəkləyir və lazım olduğu qədər dəstəkləyəcək”, – Şolts bildirib.

Onun sözlərinə görə, ötən il baş verən hadisələrə nəzər saldıqda, Rusiya prezidentinin məğlub olduğu aydın görünür.

“Vladimir Putin parçalanmaya mərc etdi, lakin əks nəticə ilə üzləşdi. Ukrayna heç vaxt olmadığı kimi birləşdi. Avropa Birliyi birləşdi”, – Şolts deyib.

“Putin imperialist məqsədinə nail olmayacağını nə qədər tez etiraf etsə, müharibəni bitirmək şansı bir o qədər çox olar. Hər şey Putinin əlindədir. O, bu müharibəni dayandıra bilər”, – kansler əlavə edib.

Gununsesi.info