Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

  • By admin
  • 18 Yanvar 2022 21:47

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.

Gununsesi.info yenisabah.az istinadən xəbər verir ki, MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:

“Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.

Gununsesi.info