Hakim qarşısına çıxarılan müğənninin dəfələrlə məhkumluğu olub

  • Müəllif: Firuzə
  • 21 Yanvar 2026 12:05

Xəbər verdiyimiz kimi, bu günlərdə Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən mühakimə olunacaq.

Bu dəfə o, ayrı-ayrı vətəndaşlara əlillik dərəcəsi almaq üçün onlardan külli miqdarda vəsait toplamaqda ittiham olunur.

Gununsesi.info-nun ittiham aktına istinadən verdiyi xəbərə görə, Dəniz Əsədovanın dəfələrlə məhkum olunması üzə çıxıb.

Belə ki, 04.07.2023-cü il və 03.11.2025-ci il tarixlərdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri təqsirli bilinib 2 il şərti sınaq müddəti ilə 4 il 9 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon Məhkəməsinin 22.04.2022-ci il və 04.08.2022-ci il tarixli hökmləri ilə həmin Məcəllənin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib müvafiq olaraq 6 ay və 8 ay 20 gün müddətinə islah işləri cəzasına, həmin Məhkəmənin 14.03.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məhkəmənin 15.05.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Firuzə Mahmudova
Gununsesi.info