ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer brifinq zamanı məlumat verib.
Bayden hazırkı vitse-prezident Kamala Harrislə birlikdə yenidən seçilmək niyyətindədir.
“Vitse-prezidentlə prezidentin hansı söhbətləri barədə danışa bilmərəm, ancaq onu deyə bilərəm ki… prezidentin özü 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirib. Buna əlavə edəcəyim başqa bir şey yoxdur», – deyə o qeyd edib.
Bundan əvvəl CNN ABŞ prezident administrasiyası ilə vitse-prezident Kamala Harris arasında münasibətlərin pozulması barədə yayıb. Kanal mənbələri iddia edirdi ki, Harris və onun ofisi mənalı işin olmamasından narahatdır.
Ekspertlər Amerika liderinin yeni vitse-prezident axtarışına başladığını istisna etməyiblər.
Gununsesi.info