Hava KƏSKİN DƏYİŞİR – Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

  • By admin
  • 17 May 2021 14:19

Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Gununsesi.info Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Xəbərdarlıq edilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.