“Hazırda qlobal təhlükə soyuq müharibə dövründəkindən daha böyükdür”

  • By admin
  • 18 Fevral 2022 18:55

Hazırda qlobal təhlükəsizliyə təhdid soyuq müharibə dövründə olduğundan daha böyükdür.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Münhen Təhlükəsizlik Konfransının açılışında deyib.

“Soyuq müharibə dövründə rəqiblərə riskləri hesablamağa və gərginliyi azaltmaq üçün ehtiyat kanallardan istifadə etməyə imkan verən mexanizmlər var idi. Bu gün bu sistemlərin çoxu artıq yoxdur. Bu gün anlaşılmazlıqlar və yanlış hesablamalar güclər arasında kiçik insidentin nəzarətdən çıxmasına səbəb ola bilər”, – Quterreş əlavə edib.

 

 

Gununsesi.info