Hikmət Hacıyev: "Qarabağdan Buxaraya əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü"

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 11:49

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə “X” hesabında paylaşıb.

“Qarabağdan Buxaraya uzanan bir elm yolu…

XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.

1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.

Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.

Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü”, – paylaşımda qeyd olunub.

Image