Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə GÖRÜŞDÜ

  • Müəllif: Firuzə
  • 30 Aprel 2026 19:44

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.

Gununsesi.info