Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdikləri yeni sanksiyalar paketindən sonra Rusiya Hindistana satdığı “Urals” markalı neftin qiymətində əhəmiyyətli güzəşt edib.
Gununsesi.info “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, noyabr ayı üçün daxil olan sifarişlərdə Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq.
Agentlik onu da qeyd edib ki, Hindistan Yaxın Şərqdən və Afrika ölkələrindən də neft almaq üçün məsləhətləşmələr aparır.













