Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb

  • By admin
  • 16 Yanvar 2021 22:34

Hirkan Milli Parkının Astara rayonu ərazisində – yüksək dağlıq sahədə baş vermiş yanğın lokallaşdırılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib:

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması odun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Gununsesi.info