Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Hizbullah Tel-Əviv yaxınlığındakı ordunun kəşfiyyat bazasını vurduğunu açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Beyrutun cənubunda qruplaşmanın qalası kimi görünən Dahiyəyə hücumlardan sonra əks-hücumlarını davam etdirir. Qrup çərşənbə günü İsrailin Təl-Əviv ətrafında yerləşən hərbi kəşfiyyat bazasına raket hücumu təşkil etdiyini açıqlayıb.
Açıqlamada Hizbullah raketlərinin son günlərdə bir neçə dəfə hədəfə alınan bazadan bəhs edilərək, hərbi kəşfiyyat bölməsinin Təl-Əviv ətraflarında yerləşən Qlilot bazasını hədəf aldığı bildirilib.
Bildirilib ki, raket hücumu “sionist düşmənin həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq” həyata keçirilib.
Orxan Saffari










