Livanda şiə “Hizbullah” təşkilatının “Radvan” birləşməsinin yüksək rütbəli komandiri, Cavad kimi tanınan Vissam əl-Tavili İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindəki üç mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Onların bildirdiyinə görə, ölkənin cənubunda atəşə tutulan avtomobildə komandir və digər “Hizbullah” üzvü olub. Mənbələrdən biri vəziyyətin gərginləşə biləcəyini vurğulayıb.
Frans-Press Agentliyi təhlükəsizlik rəsmisinə istinadən qeyd edib ki, həmin şəxs Livanın cənubunda “Hizbullah”ın İsrailə qarşı hərbi əməliyyatlarının idarə olunmasında mühüm rol oynayıb.
Son məlumatlara görə, İsrailin hücumları nəticəsində oktyabrın 7-dən Livanda 130-dan çox Hizbullah üzvü öldürülüb”, – Reuters bildirib.
Gununsesi.info