Hüseyn Abdullayev daha bir doğum gününü həbsdə qarşıladı - ANASI PREZİDENTDƏN HUMANİST ADDIM GÖZLƏYİR

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev daha bir doğum gününü divarları arasında qarşılayır.vBu gün sabiq deputatın 59 yaşı olur.

Anası Zeynəb Abdullayevanın Gununsesi.info-ya verdiyi məlumata görə, oğlunun həbsdə qarşıladığı doğum günlərinin sayını artıq unudub:

“Mən qoca yaşımda həbsxana divarları arasında qalmışam. Oğlumun vəziyyəti çox ağırdır. Sağlamlığı əldən gedib. Mən cənab Prezidentdən, birinci vitse-prezidentdən xahiş edirəm ki, Hüseynin köhnə xidmətlərinə görə humanistlik göstərsinlər. Onun həbsdə ölməsini istəmirəm. Canı sağlam deyil, o cəzanı çəkmək gücü yoxdur. Mən də yaşlı anayam, ürəyim xəstədir. Mənə də ana kimi acısınlar”.

 

Günay

Gununsesi.info