Husilər yenidən İsrailə raket hücumu etdilər

  • Müəllif: Orxan
  • 01 Aprel 2026 13:50

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı bu gün səhər saatlarında İsraildəki hədəflərə üçüncü raket hücumunu həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bunu hərəkatın sözçüsü Yəhya Səri açıqlayıb.

Öz növbəsində İsrail ordusu bu gün Yəməndən atılan bir raketin zərərsizləşdirildiyini bildirib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Gununsesi.info