III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
Gununsesi.info–nun məlumatına görə, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.
Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.
Bundan başqa, Gəncədə 3×3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.
Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.












