İlham Əliyev: “44 günlük müharibədə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri vardı”

  • By admin
  • 29 Aprel 2022 15:03

Prezident İlham Əliyev ikinci Qarabağ savaşı barədə sensasion açıqlamalar verib.

Gununsesi.info həmin açıqlamanı təqdim edir:

 

 

“Biz öz ərazimizdə döyüşürdük. Amma eyni zamanda, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub. Biz Rostovdan, Mozdokdan bütün istiqamətləri izləyirdik. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamalarını xahiş etdik və onlar bunu etdilər. Biz həmçinin gürcüstanlı dostlarımızdan Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana silahların nəql edilməsində istifadə ediləcək quru yolunu bağlamağı xahiş etdik və bunu da həmçinin etdilər və biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı dövlətlərə Qazaxıstana, Türkmənistana və İrana Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik. Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik”.