İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. 

Gununsesi.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək.

Bundan əlavə, müşahidəçi dövlətlərin – Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.

Gununsesi.info