İlham Əliyevdən Vəli Nağıyevlə bağlı sərəncam -FOTO

  • By admin
  • 27 Mart 2024 22:40

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini general-leytenant Vəli Nağıyevi  Azərbaycan Respublikasının Ümummilli Lideri “Heydər Əliyevin 100 illiyi” (1923-2023) medalı ilə təltif olunması haqqında sərəncam imzalayıb. 

Gununsesi.info-nun xəbərinə görə, Vəli Nağıyevə medalı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təqdim edib.

Qeyd edək ki, uzun illər milli təhlükəsizlik orqanlarında çalışan Vəli Nağıyev məşhur “Qara Kəmər” əməliyyatının iştirakçısı olub.

Dövlət başçısı tərəfindən bir neçə dəfə orden-medallarla təltif olunan Nağıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə də layiq görülüb.