İlisuda turist dağdan yıxılaraq ağır xəsarət aldı

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun İlisu kənd ərazisində baş verib.

Həmin kənddən 7 km məsafədə dağlıq ərazidə yerləşən müalicəvi hamam adlanan əraziyə gedən turist dağdan yıxılaraq ağır xəsarət alıb.
Ətraflı

Həmin əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsindən xilasetmə qrupu və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.

Hazırda turistin həmin ərazidə çıxarılması istiqamətində xilasetmə işləri aparılır.

 

Gununsesi.info