İngiltərədən Türkiyəyə dəstək

  • By admin
  • 13 Dekabr 2021 10:56

İngiltərənin Afinadakı səfiri Metyu Lodc Yunanıstan rəsmilərinin Türkiyənin Şərqi Aralıq dənizi və Egeydə qeyri-sabitliyə səbəb olduğu barədə iddialarına qarşı çıxıb.

Gununsesi.info xəbər verir ki, səfir Yunanıstanın “To Vima” qəzetinə verdiyi müsahibəsində Afinanın Türkiyənin Şərqi Aralıq dənizində təcavüzkar siyasət yürütməsi, qeyri-sabitlik elementi olması və regionda təhlükəsizliyi təhlükə altına qoyması ilə bağlı iddialarının əsassız olduğunu deyib.

“Türkiyənin uzunmüddətli perspektivdə Şərqi Aralıq dənizində qeyri-sabitlikdə maraqlı olduğunu deyənlərə həqiqətən inanırıqmı? Yunanıstanın etimadsızlığını başa düşürəm. Bununla belə, mən Ankaranın Şərqi Aralıq dənizində sülhün və rifahın olmamasında uzunmüddətli marağının olduğu fikrini bölüşmürəm”, – Lodc bildirib.

Gununsesi.info