İnsan beyninə ən vacib 3 maddə müəyyən edildi…

  • By admin
  • 13 Mart 2021 20:37
İnsan beyninin düzgün işləməsi üçün müxtəlif qidalara ehtiyac var. 
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, tibb alimləri bu sırada vacib olan aşağıdakı vitaminləri müəyyən ediblər:
Vitamin C
Vitamin C – məlumatları neyronlardan əzələlərə ötürən, həm diqqətimizi, həm də yeni məlumatları xatırlamaq qabiliyyətimizi təyin edən, əhvalımızı yaxşılaşdıran kimyəvi maddə olan neyrotransmitterlərin istehsalını stimullaşdırır – onları əzələlərə ötürür. Məlum neyrotransmitterlər arasında dofamin və serotoninin adını çəkmək olar.
Depressiya da daxil olmaqla əhval-ruhiyyə pozğunluğu olan insanların orqanizminə dofamin, serotoninlə yanaşı, C vitaminin də əskik olduğu hesab edilir.
Vitamin D
Bu vitamin həyatın bütün mərhələlərində beynimizə güclü təsir göstərir. Məsələn, hamilə qadınlara D vitamini olan qidalar yemək və ya günəşli günlərdə açıq havada vaxt keçirmək tövsiyə olunur. Çünki bu vitamin dölün beyin inkişafı üçün vacibdir. Yeniyetmələr və böyüklər üçün  D vitamini əhval-ruhiyyəni tənzimləyir, yaddaşı yaxşılaşdırır və sonrakı ömür boyu demensiyanın(ağlın azalması) inkişaf riskini azaltmağa kömək edir.
B qrupu vitaminləri
B6, B9 və B12 vitaminləri də yüksək səviyyəli altsheymer (demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan forması)  xəstəliyi, ürək xəstəliyi və böyrək çatışmazlığı da daxil olmaqla ciddi sağlamlıq problemlərinin inkişaf meylini artıran homosistein amin turşusunun səviyyəsini endirərək beynimizdə əhəmiyyətli bir rol oynayır.
B qrupu vitaminləri də serotonin, dofamin və “neyromediator” adlanan qamma-amino-yağ turşusunun (QABA) istehsalına kömək edir. Onların aşağı konsentrasiyaları zehni patologiyalara( depressiya, narahatlıq, özünə aşağı dəyərvermə, yuxusuzluq) həssaslıqla əlaqələndirilir .
Gununsesi.info