Instagram gəlirləri kəsilən rusiyalılar

  • By admin
  • 23 Mart 2022 13:57

Digər influenserlər abunəçilərini o biri platformalara yönətlməyə çalışırlar, amma bu, çətin prosesdir.

İllərlə Instagram-da izləyici yığasan və günlərin bir gün bu sosial platforma da digərləri kimi bağlana. Rusiyada sosial şəbəkədən asılı influenserlər, fotoqraflar, incəsənət adamları, modellər və digərləri qeyri-müəyyənliklə üzləşiblər. Hökumət ABŞ-da yerləşən platformaları qadağan edir, Kreml Ukraynaya qarşı müharibənin işıqlandırılmasını sərt nəzarətə alır.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins Vladivostokda fitnes təlimçisindən tutmuş Sibirdə gənc inluenserlərə, Dağıstanda fotoqrafa qədər bir çoxlarının işin nəbzini tutduğunu, yaxud sosial şəbəkəylə məşğul olmaq üçün kimisə işə götürdüyünü yazır. Onlar günün müəyyən saatlarında kontent yerləşdirirdilər. Bəzən digər blogerlərlə də əməkdaşlıq edir, bir-birini reklam edərək abunəçi sayını, qazanclarını artırırdılar.

Gununsesi.info