İnstaqram bu tarixdə Rusiyada bloklanacaq

  • By admin
  • 12 Mart 2022 14:11

“Instagram”ın rəhbəri Adam Mosseri martın 14-də sosial şəbəkənin Rusiyada bloklanacağını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Mosseri bu barədə Twitterdə bildirib.

Mosseri əlavə edib ki, bazar ertəsi Instagram Rusiyada bloklanacaq. Bu da 80 milyon rusiyalını bir-biri və dünya ilə ünsiyyətdən məhrum edəcək.

O həmçinin qeyd edib ki rusiyalıların əksəriyyəti “Instaqram”dan Federasiya xaricində istifadə edir.

Gununsesi.info