İran Baş Qərargah rəisinin müşaviri öldürüldü

  • Müəllif: Firuzə
  • 31 Mart 2026 19:47

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Esxaqi ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olub.

Gununsesi.info  “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-mayor Əhməd Vahidi məlumat yayıb.

Onun sözlərinə görə, Esxaqi ilə birlikdə onun bir neçə ailə üzvü də ölüb.

Gununsesi.info