İran erməniləri ölkədəki etirazlarla bağlı BƏYANATLA ÇIXIŞ EDİB

  • By admin
  • 24 Noyabr 2022 12:53

İrandakı erməni icmasının nümayəndələri ölkədə davam edən etirazlarla bağlı bəyanatla çıxış edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” bildirib.

 

İrandakı erməni icması ölkədə baş verən etiraz aksiyaları və terror aktları ilə əlaqədar olaraq hökumətin mövqeyini dəstəkləyib və sabitliyin təmin edilməsi üçün çağırış edib.

Qeyd olunub ki, son zamanlar İranda baş verən etirazlar ölkə vətəndaşlarının ölümünə, ictimai asayişin, təhlükəsizliyin pozulmasına səbəb olub və erməni icmasının ciddi narahatlığına səbəb olub.

Həmçinin əlavə olunub ki, ölkənin təhlükəsizliyini qoruyub saxlamaq üçün baş verənlərdə təqsirkar olanlar məsuliyyətə cəlb edilməlidir.

Xatırladaq ki, 16 sentyabrda Məhsa Əmini adlı tələbə qızın polis bölməsində öldürülməsindən sonra ölkədə kütləvi etirazlar başlayıb.

Gununsesi.info