İran futbol əfsanəsi Əli Daeinin ailəsinin uçduğu təyyarəni məcburi eniş etdirdii

  • By admin
  • 27 Dekabr 2022 08:32

İranın futbol əfsanəsi Əli Daei ailəsinin ölkəni tərk etməsinə icazə verilmədiyini açıqlayıb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.

53 yaşlı keçmiş futbolçu ölkədə etirazçılara dəstək olduğunu bildirib.

Dubayda tətildə olan Daeiyə qoşulmaq istəyən həyat yoldaşı və qızları ilə birlikdə təyyarə İrandan ayrıldıqdan sonra Fars körfəzindəki bir adaya endirilib.

Həyat yoldaşı və qızı eniş etdikdən sonra təyyarənin davam etməsinə icazə verilib. Tehrana qaytarılan ana və qızın niyə belə rəftara məruz qaldığı açıqlanmayıb. İranda dövlətin nəzarətində olan İrna agentliyi yazır ki, arvadı Mona Farukhazari keçmişdə “ailənin İslam əleyhinə inqilabi qruplara mənsub olduğu” üçün “ölkəni tərk etməzdən əvvəl polisə məlumat verəcəyini vəd edib”.

Ali Daei isə “Belə bir qadağa olsaydı, pasport sistemində görünərdi, onsuz da gömrükdən keçə bilməzdilər. Bu məsələ ilə bağlı mənə heç kim dəqiq cavab verə bilməyib”.

Sentyabr ayında sosial media hesabında “Hökumət təzyiq, zorakılıq və həbslərdən daha çox İran xalqının problemlərini həll etməlidir” yazan Əli Daeinin Tehrandakı zərgərlik mağazası və restoranı noyabrda məhkəmə qərarı ilə bağlanıb.

İranda həbsdə olan 22 yaşlı kürd Məhsa Əmininin ölümündən 100 günü geridə qoyan etirazlarda insan haqları təşkilatlarının məlumatına görə, 69-u uşaq olmaqla ən azı 500 etirazçı həlak olub.

Tərcümə:

Günay Təhməzova 

Gununsesi.info