İran Rusiyaya raketlər göndərməyə hazırlaşır

  • By admin
  • 02 Noyabr 2022 13:10

İran Rusiyaya 1000 vahid silah göndərməyə hazırlaşır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə  CNN telekanalı xəbər yayıb.

Məlumata görə,  Tehran Moskvaya yaxınmənzilli “yer-yer” tipli ballistik raketlər və əlavə olaraq zərbə dronları verəcək.

Kiyev hesab edir ki, Rusiya böyük bir ehtimalla sözü gedən raketləri Ukraynanın şimal sərhədində yerləşdirəcək.

“Ukrainskaya pravda” qəzeti Ukrayna Müdafiə Nazirliyinə istinadla yazır ki, bu raketlərə qarşı effektiv müdafiə yoxdur.

Bu da qeyd olunur ki, İran raketləri Rusiyanın İskander-M raketlərinə bənzəyir.

Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın bu tip raketləri tükənməkdədir.

Mətləb

Gununsesi.info