Məşhur deputat Elza Seyidcahana zəmanət verdi

  • By admin
  • 02 Noyabr 2022 13:14

“Azərbaycan Yazıçılar Birliyinə üzvlüklə bağlı tələb olunan bütün sənədləri göndərmişəm. Üzv olacağım günü gözləyirəm. Hər şeyin öz zamanı var. Orada üzvlüklə bağlı məndən də əvvəl növbəyə duranların olduğunu bildirdilər. Yəni növbədə olanların sayı olduqca çoxdur. Mən hər şeydən əvvəl yaxşı adam olmağa çalışıram. Harada olmağımı isə Allah özü seçir”.

Bunu Publika.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

Əməkdar artist bildirib ki, AYB-yə üzv olmaq üçün ona 3 zəmanətdən birini deputat, professor Nizami Cəfərov verib

“Mənə zəmanəti hörmətli millət vəkilimiz, dünya şöhrətli akademikimiz Nizami Cəfərov, Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif müəllim və dəfələrlə bəstəkar kimi sözlərinə müraciət etdiyim şairə Cığatel xanım yazıb. Mənə zəmanət vermək istəyənlər çox idi, amma qaydalara görə 3 nəfərin zəmanəti bəs edir”.

Elza Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqına necə üzv olmasından da danışıb:

“Mən “İssıkul” mahnısını ifa elədim. Onun “orkestrovka”sını onlara göndərdik. Həmin əsəri mənim ifamda bəyəndilər. Xəbərim olmadan haqqımda maraqlanıblar. Sonra da Qırğızıstanın Bəstəkarlar İttifaqına üzv olmağımla bağlı şad xəbəri mənə çatdırdılar. Hətta mən başqa ölkənin yazıçılar birliyinin üzvü də ola bilərəm. Doğrudur, bəzi paxıl xislətli insanlar da var, kimlərinsə uğurlarını qısqanclıqla qarşılayır. Amma xeyirin olduğu yerdə şər də olmalıdır. Dünya yaranandan belədir. İnşallah, Azərbaycan Yazıçılar Birliyinin üzvü də seçilərəm. Bir daha deyirəm, mənə zəmanəti Azərbaycan mədəniyyətinin görkəmli xadimləri veriblər. Mən onların haqqımda yazdıqlarına heyran olmuşam. Mənim cızma-qara yazılarımı adlarına layiq gözəl təhlillərlə təqdim ediblər. Mənə zəmanət verənlər yaradıcılığımın, şeirlərimin dünya şöhrətli ədiblərlə, Avropanın tanınmış yazarları və Azərbaycanın klassik şairləri ilə müqayisəli təhlilini aparıblar”.

Gununsesi.info