“Azərbaycanın bu sahədə dünya liderinə çevrilmək potensialı var” - Dünya Bankı

  • By admin
  • 02 Noyabr 2022 13:26

Azərbaycanın “yaşıl” transformasiya sahəsində dünya liderinə çevrilmək potensialı var.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl “Azərbaycanda “yaşıl” transformasiya: Dayanıqlı inkişaf məqsədləri” adlı tədbir zamanı deyib.

“Azərbaycan son illərdən mühüm iqtisadi artım nümayiş etdirib. Amma iqlim dəyişiklikləri yeni çağırışlar ortaya çıxarır. Eyni zamanda Azərbaycan “yaşıl” transformasiya üzrə doğru yoldadır və bu istiqamətdə dünya liderinə çevrilmək perspektivləri var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanda “yaşıl” artımın qiymətləndirilməsi üzrə hesabat dərc edib və burada biotexnologiyalar və bioiqtisadiyyat, dənizdə bərpa olunan enerji, üzən günəş fotoelektrik qurğuları və digər sahələrdə yüksək potensial vurğulanıb. Bundan başqa, hesabatda Azərbaycanın nəqliyyat potensialı qeyd olunur.

Gununsesi.info