İranda etiraz aksiyası: 1 NƏFƏR ÖLDÜ, 14 POLİS YARALANDI

  • By admin
  • 21 İyul 2021 21:26

İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib.

 

Gununsesi.info “Fars” agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyası içməli su çatışmazlığı ilə bağlı keçirilib.

 

Aksiyanın dağıdılması zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.

Daha 14 polis əməkdaşının yaralandığı bildirilib. onların bəziləri xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət aksiyalarda daha üç nəfərin öldüyü barədə yayılan xəbərləri təkzib edib.

 

Qeyd edək ki, İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb.

Su probleminin daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.

Gununsesi.info