Millimiz Tokioda məşqə çıxdı

  • By admin
  • 21 İyul 2021 21:04

Cüdo üzrə yığma komadamız Yaponiyanın paytaxtı Tokioda məşqə çıxıb.

Gununsesi.info  xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da millimizin məşqini izləyib.

Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.

Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.