Şeyxə etirazlar başladı - Rütbəni, titulunu qoy bir yana, yaşlı-başlı adamsan, ayıbdır

  • By admin
  • 21 İyul 2021 20:45

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Qarabağı İranın ali dini liderinin fətvası ilə almışıq” bəyanatı cəmiyyətdə narazılığa səbəb olub.

Sosial şəbəkələrdə QMİ sədrini tənqid edənlər Qarabağı dua ilə yox, şəhidlərin qanı hesabına azad etdiyini yazır.

Jurnalist Qadir Həzi də Şeyxin bu bəyanatı haqqında fikirlərini yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Görəsən, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin əmmaməsinin altında gizlətdiyi nədir? Doğurdan orda olan hamımızın bildiyimiz, düşünüb danışmaq üçün Rəbbimizin bizə bəxş eydiyi insan başıdır? Yoxsa nə?

Ay şeyx, sənin Ayətullah Xomeneinə keçi kəsək, Azərbaycanla müharıbə aparan Ermənistanı, onun hərbi maşın və avadanlıqlarını yanacaqla təmin etmək hansı yolla Azərbaycana kömək sayılır?

Ərazisindən Ermənistana hərbi yük, avadanlıqlar çatdırılmasına icazə verən İran dövlətinin dini rəhbərinə mələk donu geyindirməyə çalışmayın, buynuzları görünəcək.

Rütbəni, titulunu qoy bir yana, yaşlı-başlı adamsan, ayıbdır.

Gununsesi.info