İranda güclü zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 20 İyul 2026 09:48

İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki,  bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Kirmanşah əyalətində yerləşib. Yeraltı təkanlar yerli vaxtla səhər saatlarında qeydə alınıb.

Bildirilib ki, baş verən ilk seysmik hadisədən beş dəqiqə keçdikdən sonra Kozran ərazisində 5.7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırmaları davam edir.

Gununsesi.info