İranda koronavirusdan ölənlərin sayı 132 830 nəfərə çatıb

  • By admin
  • 06 Fevral 2022 16:34

İranda ötən sutka ərzində 85 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 830 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 35 429 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 579 266 nəfərə çatıb.

 

 

Gununsesi.info