Baş məşqçisini Ronaldu ilə dəyişir - "PSJ"DƏN MARAQLI TƏKLİF

  • By admin
  • 06 Fevral 2022 16:21

Fransa PSJ-si İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiani Ronaldunu heyətinə qatmaq üçün maraqlı təklif hazırlayır.

Gununsesi.info “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi portuqaliyalı hücumçunu hazırkı baş məşqçisi Maurisio Poçettino ilə dəyişdirmək niyyətindədir. Argentinalı mütəxəsissin gedişindən sonra komandanın sükanı arxasına Zinəddin Zidanın keçəcəyi iddia olunur.

Mançester təmsilçisində özünü xoşəbəxt hiss etməyən Ronaldunun da PSJ-yə keçməkdə maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümün əvvəlindən “Mançester Yunayted”in formasını geyinir.

Gununsesi.info